Nizami Paşayevin cəza müddəti açıqlanıb

2019-04-15 / 12:06

2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testinin təkrar analizi müsbət nəticə verən Nizami Paşayevin cəza müddəti açıqlanıb. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası Avropa və ikiqat dünya çempionunu 8 illik cəzalandırıb. 38 yaşlı veteran idmançının orqanizmində qadağan olunmuş 3 maddə aşkarlanıb. Paşayev idmançı karyerasını bitirdiyi üçün artıq başa çatan cəza müddəti şərti xarakter daşıyır.

Vəfa Şairova