Niyazi Bayramov: "Gəncə təxminən 500 min nəfər əhali üçün inkişaf etdiriləcək"
WUF13 çərçivəsində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Gəncənin 2026-cı ilin mart ayında təsdiqlənmiş yeni baş planına əsasən, şəhərin gələcəkdə təxminən 500 min nəfər əhali üçün inkişaf etdirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, plan çərçivəsində yeni yaşayış massivləri salınacaq, köhnə məhəllələr yenilənəcək və sosial infrastruktur genişləndiriləcək.Niyazi Bayramov qeyd edib ki, hazırda şəhərdə 270-dən çox yaşayış binasının istismar müddəti başa çatıb və bəzi binalar müasir seysmik təhlükəsizlik standartlarına cavab vermir.
20 may 2026

