Nikol Paşinyan Londonda İlham Əliyevlə görüşdən imtina edib
Böyük Britaniya Londonda Ermənistan və Azərbaycan liderləri arasında görüşün keçirilməsi təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfi bundan imtina eləyib. Azərbaycan Prezidentinin Administrasiyasının köməkçisi Hikmət Hacıyev belə deyib. Azərbaycan tərəfi Ermənistanın bu görüşdən imtina etməsini dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndirir.
Fərid Mehdiyev