Nikol Paşinyan bir daha başqa yolunun olmadığını bəyan edib
2020-11-14 10:06
Nikol Paşinyan Ermənistanın İctimai televiziyasına müsahibə verib və üçtərəfli bəyanatı imzalamaqdan başqa yolunun olmadığını bir daha bəyan edib. Qeyd edib ki, bəyanatdan imtina 20-30 min əsgərin mühasirədə qalması demək idi. Paşinyan bildirib ki, razılaşmanı pozmaq noyabrın 10-dək olan vəziyyətə, yəni müharibəyə qayıtmaq deməkdir və bunun nəticəsinin nə olacağını düşünmək lazımdır.
Vüsalə Camal