Nikah şəhadətnaməsində evlənən şəxslərin qohumluq əlaqələri qeyd olunacaq
2020-06-24 16:03
"Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları”na əlavələr edilib. Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, müvafiq qeydiyyat şöbələri, həmçinin xaricdəki konsulluq idarələri tərəfindən verilən şəhadətnəmadə evlənən və boşanan şəxslərin qohumluq əlaqələrinin olub-olmaması qeyd olunacaq.
Vüsalə Camal