Nigeriyada öldürülən azərbaycanlı dənizçinin nəşi vətənə göndərilib
2020-01-27 10:04
Yanvarın 23-də dəniz quldurlarının Nigeriya sahillərində “Mozart” adlı Türkiyə şirkətinə məxsus gəmiyə hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilib. Türkiyə KİV-lərinin məlumatına görə, cənazə səhər saatlarında İstanbuldan Bakıya yola salınıb.
Nərgiz camal