Nigah bağlamaq istəyən 126 şəxsdə QİÇS aşkarlanıb

2019-11-07 14:07

Bu ilin 10 ayı ərzində nikaha daxil olmaq üçün 116263 nəfər müayinədən keçib. Onlardan 3018 nəfərdə talassemiya daşıyıcılığı, 251 nəfərdə sifilis, 126 şəxsdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 39 olub. Təkcə oktyabr ayı ərzində 19 şəxsdə isə QİÇS aşkarlanıb.

Ruhəngiz Hacızadə