Nepalda daşqında ölənlərin sayı artdı
Nepalda güclü sürüşmə və daşqın nəticəsində ölənlərin sayı 1 287-yə çatıb.Təxminən 5 min nəfər itkin düşmüş hesab edilir, 13 mindən çox insan isə xilas olunub. Fəlakət avqustun 26-da ölkənin şimalında baş verib. Qar uçqununun səbəb olduğu güclü sel yaşayış məntəqələrini dağıdıb və geniş əraziləri su altında qoyub.
04 sentyabr 2026

