Neftçalada ticarət mərkəzinin binasından oğurluq olub
Neftçalada fəaliyyət göstərməyən ticarət mərkəzinin binasından oğurluq edilib. Əvvəllər məhkum olunmuş Elmar Əsgərov oradan 2 ədəd seyf, 1 ədəd transformator, 5 ədəd dəmir barmaqlıqlar və digər əşyaları təlayıb. Bununla zərərçəkmişə 7000 manata yaxın maddi ziyan vurub. Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs həbs edilib.
Fərid Mehdiyev