Neftçala və Bərdədə narkotik saxlayan şəxslər saxlanılıblar
Neftçalanın Həsənabad kəndində Bakı sakini Dünyamalı Qurbanbəyov tutulub. Onun əlindəki çantada 2 kiloqram 700 qramdan artıq marixuana, 505 qram heroin və 40 qramdan artıq metamfetamin aşkar edilib.
Bərdədə isə rayon sakinləri Rüstəm Kərimov və Məqsəd Bayramov saxlanılıblar. Onların evindən müxtəlif qablaşdırmalarda 1 kiloqram 200 qrama yaxın marixuana götürülüb.
Nərgiz Camalzadə