"Neftçi" "Qarabağ"la Qəbələdə qarşılaşacaq
2020-07-21 18:08
Qəbələdə təlim məşq toplanışında olan "Neftçi" futbol komandasının yoxlama oyunlarındakı rəqibləri bəlli olub. Bu barədə paytaxt təmsilçisinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. O bildirib ki, komanda iyulun 26-da "Sumqayıt", iyulun 30-da isə "Qarabağ"la qarşılaşacaq.
Fərid Mehdiyev