"Neftçi" "Qarabağ"la oyunda yaşananlara görə cərimələnib
"Neftçi" Misli Premyer Liqasının XXIX turunda Qarabağla oyunda azarkeşlərinin meydana kənar əşyalar atmasına və kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirmələrinə görə ümumilikdə 13 min manat cərimələnib.“Qarabağ” isə azarkeşlərin pirotexniki vasitədən istifadəsinə görə 7 min manat cərimə olunub.
29 aprel 2026

