"Neftçi" növbəti transferini qanalı futbolçu ilə edib
2021-06-25 10:13
"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib. "Ağ-qaralar" İsrailin "Makkabi" klubundan ayrılan qanalı hücumçu Qodsvey Donyonun keçidini açıqlayıb. Onunla 2 illik müqavilə bağlanıb. 27 yaşlı forvard yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Nərgiz camal