Neftçi 3-cü mərhələnin siftəsindən üzüağ çıxacaqmı?

2019-08-08 11:57

“Neftçi” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək. Paytaxt təmsilçisi III təsnifat mərhələsinin ilk matçı çərçivəsində İsarilin “Bney Yehuda” klubunu qəbul edəcək. 8-ci km stadionunda baş tutacaq görüş saat 21:00-da start götürəcək. Mübarizəyə I təsnifat mərhələsindən qoşulan “Neftçi” əvvəlcə Moldovanın “Sperantsa”, 2-ci raundda Rusiyanın “Arsenal” komandasını məğlub edib.

Fərid Mehdiyev