Neftçalanın sabiq icra başçısının həbs müddəti uzadılıb
2020-09-11 14:04
Bu gün Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilən Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və onunla birgə saxlanılan digər vəzifəli şəxslərin barəsində olan həbs qəti imkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Təqsirləndirilən şəxslərin hər birinin həbs müddəti 3 ay uzadılıb.
Vəfa Şairova