Neftçalada region üçün prioritet olan sənaye məhsulları istehsal ediləcək

Neftçala rayonunun mərkəzindən 5 km aralıda yerləşən Sənaye Məhəlləsinin tikintisində son tamamlama işləri görülür. Sənaye Məhəlləsində yardımçı tikililərdən əlavə 8 modullaşdırılmış istehsal binaları fəaliyyət göstərəcək. İlkin mərhələdə onlardan 4-ü inşa edilib. Qalanları sahibkarların sifarişi nəzərə alınmaqla sonradan tikiləcək. Əsas diqqət isə region üçün prioritet olan sənaye məhsullarının istehsalına yönəldiləcək.

Rühəngiz Hacızadə