Neftçalada motosikletdən yıxılan şəxs ölüb
Neftçalanın Kürkəndi kəndində “Muravey” markalı motosikletdən yıxılan şəxs dünyasını dəyib. Belə ki, motosiklet hərəkətdə olarkən sürücü qəfil əyləci basıb və yük yerində olan Nurəddin adlı şəxs asfalta çırpılıb. Ağır xəsarətlər alan sərnişin hadisə yerində ölüb.
Nərgiz Camalzadə