Canlı
Neftçalada maşınla vurulan piyada xəstəxanada ölüb

2018-08-09 / 16:08

Neftçala rayonunun Xıllı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Salyan rayon sakini Rizvan Fərəcov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarında dayanmış Kürkənd kənd sakini Pirverdi Xanməmmədovu vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, həkimlərin səyi nəticəsiz qalıb və o, dünyasını dəyişib. Neftçala RPŞ tərəfindən araşdırma aparılır.

Ruhəngiz Hacızadə