Neftçalada inək qəzaya səbəb oldu, xəsarət alan var
2020-02-19 10:04
Neftçalanın Qaravəlli kəndində Mayak kənd sakini Famil Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən qəfil yola inək çıxıb. Bu zaman maşın heyvanı vurub. Nəticədə inək ölüb, sürücü isə yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev