Neftçalada iki nəfəri ildırım vurub, biri ölüb

2019-09-11 10:25

Neftçalada 2 nəfəri ildırım vurub. Zərərçəkənlər otlaq ərazidə çobanlıq edən Şamaxı sakinləri – 28 yaşlı Vaqif Gərayev və 29 yaşlı Tural Abdullayevdir. Hər iki şəxs Neftçala rayon xəstəxanasına yerləşdiriliblər. Vaqif Gərayevin həyatını xilas etmək mümkün olmayıb. Tural Abdullayev isə vəziyyəti ağır olduğundan paytaxta göndərilib.

Fərid Mehdiyev