Canlı
Neftçalada 540 çətənə kolu aşkarlandı

2018-05-15 / 16:43

Neftçala polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Həsənabad qəsəbəsinin sakini Tərlan Həsənovu saxlayıblar. Ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 540 ədəd çətənə kolu aşkar edilib. Əməliyyatın davamı olaraq Həsənovun yaşadığı evdən çəkisi 51 qram olan narkotik tərkibli bitki toxumları və 27 ədəd qurudulmuş qoza aşkarlanaraq götürülüb.

Fərid Mehdiyev