Neftçalada 5 otaqlı ev yanıb
2020-02-10 10:04
Neftçalanın Şorkənd kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı, tavanı qamışdan ibarət evin yanar konstruksiyaları 85 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi FHN əməkdaşları tərəfindən alovdan mühafizə olunub.
Fərid Mehdiyev