Neftçalada 31 yaşlı kişi yol-nəqliyyat hadisəsində ölüb, qardaşı xəsarət alıb
Neftçalanın Qardaşbəyli kəndində “Mercedes”-in ağaca çırpılması nəticəsində sürücü - Salyan sakini, 1993-cü il təvəllüdlü Abbasov Cahid Cavid oğlu hadisə yerində ölüb. Avtomobildə olan qardaşı, 1990-cı il təvəllüdlü Abbasov Şəhriyar Cavid oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.