Nazirlik Türkiyədə karantindən qayıdan Çində oxuyan tələbələrin durumu ilə bağlı məlumat yayıb
2020-02-17 10:00
Səhiyyə Nazirliyi Türkiyədə karantindən qayıdan Çində oxuyan tələbələrin durumu ilə bağlı məlumat yayıb. Kliniki Tibbi Mərkəzdən verilən xəbərə görə, fevralın 17-si üçün yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var. Onlar Çinin Çançun və Uhan şəhərində təhsil alan tələbələrdir. Həkim müşahidələri davam edir. Bu arada, Çində koronavirusa yoluxanların sayı 70 548 nəfərə çatıb, onlardan 1770 nəfər ölüb, 10 844 nəfər isə sağalıb.
Fərid Mehdiyev