Canlı
Nazirlik Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib

2018-03-07 / 18:13

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət edib. Tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalı, tam sönənədək nəzarətdə saxlanmalı, şamlar nəzarətsiz qalmamalıdır. Tonqalın üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər. Hər hansı təhlükəli hal yaranarsa, 112-yə zəng etmək tövsiyə olunur.

Vüsalə Camal