Canlı
Nazirlik: İşdən çıxarılan şəxslərə sms bildiriş göndəriləcək

2018-08-09 / 12:10

İşini itirən şəxsə işsizlikdən sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün müvafiq Məşğulluq mərkəzinə müraciət etməsi barədə mobil telefonuna elektron qaydada sms bildiriş göndəriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, hazırda nazirlikdə bununla bağlı müvafiq texniki hazırlıq işləri aparılır. Müəssisənin ləğvi və ya ixtisar nəticəsində işini itirmiş və işsiz kimi qeydiyyata alınmış, azı 3 il sığorta stajına malik olan şəxslərin işsizlikdən sığorta ödənişini almaq hüququ var.

Vəfa Şairova