2020-09-28 18:05
Nazirlər Kabineti Azərbaycanda elan edilən hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə qərar verib. Komendant saatı müddətində əməkdaşlarının xidməti vəsiqə ilə, həmçinin “icaze.e-gov.az” portalından qeydiyyatdan keçməklə hərəkətinə icazə verilən dövlət orqanlarının, fəaliyyətinə icazə verilən sahələrin siyahısı təsdiq edilib. Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir. Tələblərin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Tələblərə riayət olunmasına nəzarət Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.
Vüsalə Camal