Nazirlər arasında telefon danışığı baş tutub
2021-06-23 16:10
Xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Nazirlər bölgədə cari vəziyyət, üç ölkənin liderləri tərəfindən imzalanan birgə bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bölgənin münaqişədən sonrakı mərhələdə inkişafı məsələləri müzakirə edilib.
Fərid Mehdiyev