Nazirdən qərar: Məktəblərdə dərs vaxtı telefondan istifadə qadağan edildi
Məktəblərdə mobil və elektron cihazlardan istifadəyə yeni qaydalar qüvvəyə minib. Elm və təhsil naziri Emin Əmrullayevin təsdiqlədiyi qaydalara əsasən, şagirdlərin dərs zamanı mobil telefon, planşet və digər elektron cihazlardan istifadəsi qadağandır. Cihazlar dərs bitənədək məktəbdə müəyyən olunmuş yerlərdə saxlanılacaq. Onlardan yalnız müəllimin icazəsi və nəzarəti ilə tədris məqsədilə, həmçinin fövqəladə hallarda istifadə edilə bilər. Qaydaların pozulması zamanı valideynlər məlumatlandırılacaq və profilaktik tədbirlər görüləcək.
29 iyun 2026

