Nazirdən gənclərə çağırış: "İxtisas seçimi həm də gələcəyin tələblərinə uyğun aparılmalıdır"
“Hazırda Azərbaycan gəncləri üçün əsas çağırış ixtisas seçimini gələcəyin əmək bazarının tələblərinə uyğun aparmaqdır.” Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev Bakıda keçirilən “PeşəFest-2025”də deyib. O əlavə edib ki, bunun üçün peşəyönümlü təhsil, praktik təlimlər və gənclərin texnoloji yeniliklərə açıq olması vacibdir. Nazir qeyd edib ki, işəgötürənlər həm texniki, həm də yumşaq bacarıqlara – ünsiyyət, komanda işi və məsuliyyətlilik kimi keyfiyyətlərə yüksək dəyər verirlər və 2027-ci ilə qədər işçi qüvvəsinin 44 faizinin əsas bacarıqlarında dəyişiklik baş verəcək.