Nazarbayev xalqı Tokayevin ətrafında sıx birləşməyə çağırıb
2021-01-08 14:04
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin mətbuat katibi məlumat yayaraq elbasının hazırda paytaxt Nur-Sultanda olduğunu və prezident Kasım-Jomart Tokayevlə daim əlaqə saxladığını bildirib. Nazarbayev xalqı Tokayevin ətrafında sıx birləşməyə çağırıb. Ölkə prezidentinin qərarı ilə bir sıra bölgələrdə çoxsaylı insan itkiləri ilə nəticələnən faciəvi hadisələrlə əlaqədar yanvarın 10-u Qazaxıstanda Ümummilli Matəm Günü elan olunub.
Vüsalə camal