Naxçıvanda yolu keçən qadını avtomobil vurub
Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qarlı havada avtomobil yolu keçən məktəbin xadiməsi 1970-ci il təvəllüdlü Teyfə Zeynalovanı vurub. Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev