Naxçıvanda ehtiyatdan çağırılan hərbi vəzifəlilərin təlim toplanışı keçirilir
Naxçıvanda hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı keçirilir. Toplanışın məqsədi hərbi hissələrin döyüş qabiliyyətinin daimi yüksək səviyyədə saxlanılması, ordu sıralarına ehtiyatdan hazırlıqlı şəxsi heyətin çağırılmasıdır. Eyni zamanda hərbi vəzifəlilərin döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirmək, habelə silahlanmaya qəbul edilmiş müasir silah və texnikanın istismar qaydalarını öyrətməkdən ibarətdir.
Fərid Mehdiyev