Naxçıvan Muxtar Respublikasına Prezidentin səlahiyyətli nümayəndəsi təyin edilib
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyinin təsis edilməsi haqqında fərman imzalayıb. Bu vəzifəyə Fuad Nəcəfli təyin edilib. Bununla bağlı Dövlət başçısı sərəncam da imzalayıb. Habelə Prezident İlham Əliyev yeni təyin olunmuş səlahiyyətli nümayəndəni qəbul edib və ona müvafiq tapşırıqlar verib.