Naxçıvanda indiyədək 71 nəfərdə koronavirus aşkarlanıb
2020-04-13 12:03
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin məlumatına görə, bu günə qədər 880 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 71 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb, 1 nəfər isə vəfat etib. Virus aşkarlanan digər 69 nəfərin müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur.
Vəfa Şairova