Naxçıvanda 107 kq narkotik vasitə aşkarlanıb
2021-02-08 10:00
Gömrükçülər daha iki fakt üzrə narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıblar. Naxçıvan ərazisindən tranzit girişi edən Türkiyə vətəndaşlarının idarə etdiyi yük daşıyan nəqliyyat vasitələrinə baxış zamanı qaçaqmalçılıq əməli üzrə aşkarlanan narkotik vasitənin ümumi xalis çəkisi 106 kiloqram 970 qram təşkil edib. Qeyd olunan faktlarla bağlı cinayət işi başlanılıb.
Nərgiz camal