NATO qərargahında alyans və Azərbaycan arasında əmakdaşlıq müzakirə olunub
Azərbaycanın NATO yanında nümayəndəsi Cəfər Hüseynzadə NATO Baş katibinin xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb.Görüşdə Azərbaycanda keçirilən NATO tədbirlərinin nəticələri, Azərbaycan Ordusunun təlimlərdə iştirakı və tərəfdaşlığın gələcək inkişafı müzakirə olunub.Tərəflər, həmçinin “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
23 oktyabr 2026

