NATO liderlərinin fövqəladə iclası olub. Zelenski NATO-nu Ukraynaya lazımi qədər silahın verilməməsində ittiham edib
2021-03-24 18:00
Sammitdə Ukrayna prezidenti Volodimir Zelenski video formatda çıxış edib. Bildirib ki, Ukrayna bir aydır ki, qəhrəmancasına müqavimət göstərir. İndi Qərblə Rusiya arasında qalıb. O, Ukraynanın aviasiya vasitələri ilə yanaşı, digər silahlara da ehtiyac duyduğunu xatırladıb, NATO-nu ittiham edib. Sizin ən az 20 min tankınız var. Ukrayna 1%-ni istədi. Bütün tanklarınızın 1%-ni. Onları bizə verin və ya satın. Amma bizə aydın cavab verilmədi".
Fərid Mehdiyev