Narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxs saxlanılıb
Ağsuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Habil Zamanov saxlanılıb. Əvvəllər də analoji əmələ görə məhkum olunmuş şəxsin üzərindən və idarə etdiyi avtomobildən marixuana aşkarlanıb. Barəsində həbs qətimkan tədbiri seçilib.
Azad Mustafayev