Narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən və oğurluq edən şəxslər saxlanılıb
Bakıda Suraxanı polisi narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Ruslan İslamov, Şəmsi Məcidov, əvvəllər məhkum olunmuş Elşən Ələkbərov və daha bir qadını saxlayıb. Onlardan 3 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar olunub. Araşdırma zamanı Ruslan İslamovun çətənə kollarının kultivasiyası ilə məşğul olduğu da müəyyən edilib.
Həyata keçirilən daha bir tədbir zamanı müxtəlif vaxtlarda 7 avtomobildən oğurluq edən 1996-cı il təvəllüdlü Elməddin Rəhimov da saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Fərid Mehdiyev