Narkotiklərin qanunsuz dövriyyəsini edən şəxs saxlanılıb
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Tural Nəsirli saxlanılıb. Onun əlindəki polietilen torbadan 19 kiloqram marixuana aşkarlanıb. T.Nəsirli narkotik vasitəni İran vətəndaşı olan şəxsin vasitəsi ilə gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib.
Fərid Mehdiyev