Narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan 21 nəfər saxlanılıb
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının son 1 ay ərzində keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan 21 nəfər saxlanılıb. Onlardan heroin, marixuana, eləcə də kultivasiya edilərək yetişdirilən çətənə bitkiləri aşkarlanıb. Saxlanılanların bir neçəsi əvvəllər də analoji cinayət törətdikləri üçün məhkum olunublar.
Digər tədbir zamanı oğurluq edən rayon sakinləri - əvvəllər məhkum olunmuş İlkin Məmmədov və Anar Osmanov saxlanılıblar. Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar aparılır.
Azad Mustafayev