Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslər saxlanıldı
Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 27 yaşlı Nərgiz Məhərrəmova və 34 yaşlı Elman Əhmədov saxlanılıb. Onlardan ümumilikdə 27 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb. Hər 2 şəxs narkotikləri İran vətəndaşlarından pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər. Həbs olunan şəxslərə qarşı cinayət işləri başlanılıb.
Zülfiyyə Telmanqızı