Narkotiklə tutulan şəxsdən avtomat da götürülüb, oğurluq edən şəxs də yaxalanıb

Ağdaşda Goranboy rayon sakini Sabir Alıyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərində daşıdığı çantaya baxış keçirilərkən 6 kiloqram 315 qram marixuana, 200 qrama yaxın heroin, “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus sandıqça və 23 ədəd patron aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxsin həmin narkotik vasitə və silah-sursatı paytaxtda ona deyilən əraziyə çatdırmaq üçün sosial şəbəkədə tanış olduğu İran vətəndaşı ilə 2000 manat qarşılığında razılaşdığı məlum olub. Polis əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbiri nəticəsində isə oğurluq edən Abid Məmmədov saxlanılaraq məsuliyyətə cəlb edilib. Onun rayonun Qaradeyin kəndində bir neçə kənd sakininə məxsus tövlədən xırdabuynuzlu heyvanları oğurlayaraq satdığı məlum olub. Faktlarla bağlı cinayət işi başlanılıb.

Fərid Mehdiyev

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik