Narkotiklə saxlanılan Şəmkir sakininin evindən silah da çıxdı
2021-12-21 14:05
Şəmkirdə polis yerli sakin Sabir Abbasovdan 450 qram qurudulmuş marixuana götürüb. Evində qanunsuz olaraq saxladığı “AK-74” markalı avtomat aşkar edilib. Ümumiyyətlə bu ilin müvafiq dövrü ərzində Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində rayon sakinlərindən ümumilikdə 61 ədəd odlu silah götürülüb.
Nərgiz camal