Narkotikin təsiri altında qəza törədən şəxs həbs olunub
Masallıda rayon sakini Elvin Məmmədov "Kia" ilə yol-nəqliyyat hadisəsi törədib. Sürücünün narkotik vasitədən istifadə etdiyi müəyyən olunub. Həmin şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla bir ay müddətinə inzibati qaydada həbs olunub.
Nərgiz Camalzadə