Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən avtomobili narkotiklərin təsiri altında və içki qəbul edərək idarə edən 8 sürücü saxlanılıb. Avtomobilin konstruksiyasında dəyişiklik edən 10 və sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən 8 sürücü də müəyyən olunaraq yaxalanıb. Ümumilikdə 170 sürücü barəsində inzibati protokol tərtib edilib.
Fərid Mehdiyev