Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Neftçalada bir qrup gəncin dövlət qeydiyyat nişanı olmadan, avtomobili konstruksiya dəyişikliyi etməklə idarə etdiyi və digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər saxlanılıb və barələrində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Həmçinin, “VAZ” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün saxlanılıb. Avtomobilin sürücüsü, rayon sakini Nicat Ağayevin marixuana istifadə etdiyi məlum olub.
Nərgiz Camalzadə