Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıb
Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə rayon sakinləri Nizami Baxışov, Ramiz Əmrahov və Teymur Qasımov saxlanılıblar. Onlardan 5 kiloqramdan artıq marixuana aşkarlanıb.
Qanunsuz olaraq silah-sursat əldə edərək saxlayan rayon sakini Ramiz Cəfərov da tutulub. Ondan 1 ədəd "Kalaşnikov" avtomatı, 1 ədəd daraq və 29 ədəd patron götürülüb.
Masallıda isə saxlanılan Valeh Xudaverdiyevdən 10 kiloqramdan artıq heroin, metamfetamin və marixuana aşkarlanaraq götürülüb.
Zülfiyyə Telmanqızı