Narkotik vasitələrin dəniz vasitəsilə ölkəyə gətirilməsinin qarşısı alınıb
Xəzər dənizinin cənub istiqamətində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısı alınıb. Qayıqla Lənkəran rayon Balıqçılar qəsəbə sakini 1989-cu il təvəllüdlü Cəfər Ağayev sahilə yan alarkən sərhəd naryadı tərəfindən saxlanılıb. Qayıqdan 29 kiloqram 715 qram marixuana, ov tüfəngi, 24 ədəd patron, GPS cihazı, mobil telefonlar aşkar olunaraq götürülüb. Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Fərid Mehdiyev